Salah Türkiyə klubuna keçə bilər

Misir millisinin və İngiltərənin "Liverpool FC" klubunun hücumçusu Mohamed Salah karyerasını Türkiyədə davam etdirə bilər.
Sfera.az bildirir ki, Türkiyənin "Trabzonspor" klubu futbolçunun transferi ilə bağlı paylaşım edib. Klubun sosial şəbəkə hesabında Salahın “Trabzonspor” forması ilə təyyarədə çəkilmiş fotoları yayımlanıb. Fotoda futbolçunun üzərində 61 nömrəli forma olub.
Bildirilib ki, yaxın zamanda misirli hücumçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpool”da çıxış edir. O, 2025/2026 mövsümündə İngiltərə klubunun heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə edib.
“Trabzonspor” ötən mövsüm Türkiyə Superliqasında üçüncü pilləni tutub. Yeni mövsümün Türkiyə çempionatında avqustun 14-də start götürəcəyi gözlənilir.
İnci






