Palasios ingilis klubuna transfer olundu

Kateqoriya məlum deyil
T
İngiltərənin "Fulhem" klubu Madrid təmsilçisi "Real"dan yarımmüdafiəçi Sesar Palasiosu transfer edib.
Sfera.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilənin müddəti daha bir mövsüm uzadılmaq şərti ilə 2031-ci ilə qədər nəzərdə tutulub.
Xarici mediada yer alan məlumatlara əsasən, keçidin məbləği 10 milyon avro təşkil edib. "Real" futbolçunun növbəti satışının 30 faizini özündə saxlayıb.
Qeyd edək ki, S.Palasios 2025/2026 mövsümündə La Liqada 5 görüş keçirib, həmçinin UEFA Çempionlar Liqası və İspaniya Kubokunun 1 matçında əvəzləmədən meydana çıxıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 7 milyon 500 min avro qiymətləndirir./report






