Türkiyə klubu hücumçusunu 15 milyona satdı

Kateqoriya məlum deyil
T
“Göztəpə”nin prezidenti Rasmus Ankersen forvard Xuanın CSKA-ya transferini təsdiqləyib.
Sfera.az xəbər verir ki, Ankersen “Odds.ru” saytına verdiyi açıqlamada bildirib: “Xuanla müqavilə bağlanıb. O, CSKA- ya keçir. Ödəniş 15 milyon avrodur”.
Daha əvvəl bildirilmişdi ki, türklər transfer tələblərini qaldırdıqları üçün ordu komandası 24 yaşlı braziliyalı oyunçu üçün danışıqlardan geri çəkilməyə hazırdır.
Xuan son Türkiyə çempionatında 32 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə ilə “Göztəpə nin ən çox qol vuran oyunçusu olub.
Açar sözlər:






