"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.

 

Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-Jermen" və İspaniyanın "Barselona" klubları qarşılaşacaq. Komandalar Barselonada "Olympic Lewis Companies" Stadiumunda oynayacaqlar. Matçı İstvan Kovacsın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

 

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Xatırladaq ki, ilk görüş Parisdə baş tutub və "Barselona"nın 3:2 hesablı ilə qələbəsi ilə yekunlaşıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR