Attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO
Avqustun 19-da Ağdaş rayonundakı istirahət parkında attraksion qəzaya uğrayıb. Sfera.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan yeniyetmələrin anası İlahə Baxışova bildirib ki, hadisə nəticəsində 16 yaşlı qızı daha ağır zədələr alıb, oğlunun isə omba sümüyü çıxıb: “Biz Bakıdan Ağdaşa anamgilə qonaq getmişdik, qərara gəldik ki, uşaqları parka aparaq. Həmin vaxt relsdən çıxan attraksion qatarı aşdı, qızım onun altında qaldı. Hadisədən dərhal sonra parkda attraksion