Yevlaxda “Toyota” yandı

Kateqoriya məlum deyil
T
Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
Sfera.az xəbər verir ki, hadisə “TOT Oil” yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Belə ki, “Toyota Corolla” markalı avtomobilə yanacaq doldurularkən yanacaq çənində yanğın baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri, həmçinin yük yerində olan 8 ədəd 20 litrlik plastik və dəmir qabda yanacaq yanıb. Yüksək temperaturun təsirindən yanacaqpaylayıcı kalonkanın idarəetmə lövhəsi qarsalanıb.
Hadisə zamanı avtomobilin sürücüsü qol nahiyəsindən yanıq xəsarəti alıb. O, təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.\\qafqazinfo





