15 yaşlı azərbaycanlı göldə boğulub öldü

15 yaşlı azərbaycanlı göldə boğulub öldü
Kateqoriya məlum deyil
T

Gürcüstanın Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev Tbilisidə göldə boğularaq həyatını itirib.

Sfera.az xəbər verir ki, hadisə ötən gün saat 18 radələrində baş verib.

Məlumata görə, Umut dostları ilə birlikdə Tbilisi gölünə çimməyə gedib. Yeniyetmə suda boğulub.

Hadisə yerinə xilasedicilər cəlb olunsalar da, onun tapılması mümkün olmayıb.

Hazırda yeniyetmənin axtarışları davam etdirilir./unikal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR