Cərimədən yayınmaq üçün bu üsula əl atdı - Cəzalandırıldı - VİDEO

Cərimədən yayınmaq üçün bu üsula əl atdı - Cəzalandırıldı - VİDEO
Kateqoriya məlum deyil
T

Dünən "Toyota Prado" markalı, 90-ZC-151 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün cəriməyə düşməmək üçün avtobusun arxasında hərəkət etməsini əks etdirən görüntülər paylaşmışdıq.

Sfera.az xəbər verir ki, kadrlardan sürücünün yol hərəkəti qaydalarını pozaraq avtobusun arxasında yaxın məsafədə hərəkət etdiyi və bununla da yol kameralarının nəzarətindən yayınmağa çalışdığı görünür.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.

İdarənin polis kapitanı Rüstəm Əhmədli patrul.az-a bildirib ki, görüntülərdə əks olunan avtomobilin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülüb.

Beləliklə, cərimədən yayınmaq məqsədilə avtobusun arxasında hərəkət edən sürücünün bu üsulu nəticəsiz qalıb.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR