Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi saxlanılıb
Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin avqust ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumata görə, onların 6-ı Azərbaycan, 6-ı İran, 2-i Pakistan, 2-i Əlcəzair və 1-i Türkiyə vətəndaşı оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər