Goranboydakı partlayışla bağlı üç nazirlik birgə məlumat yaydı

Goranboydakı partlayışla bağlı üç nazirlik birgə məlumat yaydı
Kateqoriya məlum deyil
T

Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, hadisədən dərhal sonra aidiyyəti dövlət qurumlarının qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.

Təhlükəsizlik məqsədilə yaxınlıqdakı insanlar təxliyə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR