Naxçıvanda yaşayış binasında yanğın oldu - VİDEO

Naxçıvanda yaşayış binasında yanğın oldu - VİDEO
Kateqoriya məlum deyil
T

Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.


Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaşayış binasının 3-cü mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 29,5kv.m. olan mənzilin mətbəx hissəsində quraşdırılan suqızdırıcı və paltaryuyan maşını yanıb. Mənzil digər əşyaları ilə birlikdə yanğından mühafizə olunub.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR