Bakıda bağçaya gedən azyaşlının qanında psixotrop maddə aşkarlanıb – VALİDEYN ŞÜBHƏLƏNİR

Bakıda dövlət bağçasına gedən azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddia yayılıb.
Sfera.az xəbər verir ki, jurnalist Elnurə Abuşova məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, ailə azyaşlını təxminən bir həftə əvvəl Yasamal rayonunda yerləşən 98 saylı dövlət bağçasına göndərməyə başlayıb. Bundan sonra uşaqda qeyri-adi davranışlar müşahidə olunub.
Valideynlər uşağı tibbi müayinədən keçiriblər. Analizlərin nəticəsində azyaşlının qanında psixotrop maddənin aşkarlandığı bildirilib.
Məlumata görə, valideyn bağçada uşaqları sakitləşdirmək məqsədilə onlara psixotrop tərkibli dərman verildiyindən şübhələnir.
Qeyd olunan iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, idfia ilə bağlı araşdırma aparılır./musavat





