“Mərkəzi Park”da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü - FOTOLAR
Paytaxtda azyaşlı təhlükə ilə üzləşib. Sfera.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən “Mərkəzi Park”da baş verib. Ailə üzvlərinin dediyinə əsasən, 2 yaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1,5-2 metr olduğu bildirilir. Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan azyaşlı dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib. İddiaya görə, kanalizasiya quyusunun