Bakıda moped və velosiped oğurlayanlar tutuldu


Bakıda moped və velosiped oğurlayanlar tutuldu
Kateqoriya məlum deyil30.08.25, 11:0015 👁️
T

Paytaxtın Nəsimi və Yasamal rayonlarında velosipedlər və moped oğurlanıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ədəd velosiped oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər. Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 27 yaşlı A.Abdullayev və 37 yaşlı R.Şirinov saxlanılıblar.

 

Yasamalda isə vətəndaşlara məxsus moped və mobil telefonları oğurlayıblar.

 

Polisin keçirdiyi tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 29 yaşlı H.Eminov və 26 yaşlı Ə.Abbasov saxlanılıblar.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

PAYLAŞ
Sehliyali
Yüklənir...