Bakıda taksi şirkətindən qızıl oğurlandı


Bakıda taksi şirkətindən qızıl oğurlandı
Kateqoriya məlum deyil30.08.25, 09:2015 👁️
T

Bakıda pul, qızıl və kompüter avadanlıqları oğurlayan şəxslər saxlanılıb.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, paytaxt ərazisində talama cinayətləri qeydə alınıb. Binəqədi rayonunda yerləşən taksi şirkətlərinin birinin xidməti otağından 1460 manat, Nərimanov və Sabunçu rayonlarında isə ayrı-ayrı vətəndaşlara məxsus 2702 manat dəyərində nağd pul, qızıl-zinət əşyaları və kompüter avadanlıqları oğurlanıb. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 55 yaşlı N.Nəsirov, əvvəllər məhkum olunmuşlar - 40 yaşlı R.Abbasov və 35 yaşlı Ə.Məmmədov saxlanılıblar.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

PAYLAŞ
Sehliyali
Yüklənir...