Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb EDİLDİ

Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb EDİLDİ
Kateqoriya məlum deyil
T

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.
 

N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR