Azərbaycanın ən böyük göllərindən biri quruyur - VİDEO
Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü demək olar ki, tamamilə quruyub. Sfera.az "Xəzər TV"yə istinadən xəbər verir ki, gölün yaxınlığında yaşayan sakinlərin sözlərinə görə, illər əvvəl bu ərazi həm turizm, həm də istirahət məkanı kimi xüsusilə seçilirdi. Vaxtilə 16 kvadratkilometr ərazini əhatə edən, dərinliyi 5 metrə çatan göl bir neçə ildir su üzünə həsrət qalıb. Hazırda qurumuş ərazidə yabanı otlar bitməyə başlayıb. Ekoloqların sözlərinə