Xırdalan-Saray yolunda avtomobil piyadanı vurdu

Kateqoriya məlum deyil
T
Xırdalan şəhərində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Sfera.az Report-a istinadən məlumat verir ki, hadisə Xırdalan-Saray yolunda qeydə alınıb.
Belə ki, İlkin Paşayev idarə etdiyi VAZ 2107 markalı minik avtomobili ilə yolu keçən piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.






