Bakıda avtomobil və motosiklet qaçıran şəxslər polis tərəfindən tutuldu

Bakıda avtomobil və motosiklet qaçıran şəxslər polis tərəfindən tutuldu
Kateqoriya məlum deyil
T

Sabunçu rayonu ərazisində paytaxt sakini olan bir nəfərin “Geely” markalı avtomobili qaçırılıb.
 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirlib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Quliyev və E.Rəsulov avtomobillə birgə saxlanılıblar.

 

Nəsimi rayonu ərazisində isə bir nəfərə məxsus “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən R.Baxşıyev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.


Araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR