Logo

Şəkidə ev yandı- 1 nəfər öldü

Şəkidə ev yandı- 1 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəki şəhərinin Bideyiz kəndində yanğın olub.

Sfera.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, kənddə ümumi sahəsi 100 m² olan 2 otaq və eyvandan ibarət birmərtəbəli kürsülü evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.\qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR