Qubada qəza: Hindistanlı turist öldü

Qubada qəza: Hindistanlı turist öldü
Kateqoriya məlum deyil
T

Quba rayonunda avtomobil Hindistandan olan turisti vuraraq öldürüb.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib.

 

Bildirilib ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mansur Xanı avtomobil vurub.

 

M.Xan müxtəlif xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR