Taksi sürücüsü qadınları şantaj edirmiş – Həbs olundu
Bakıda taksi sürücüsü qadın sürücüləri şantaj edib. Sfera.az -ın əldə etdiyi xəbərə görə, 27 yaşlı Abdulla Qasımov (şərti adla) qadın sürücüləri şantaj edərək, guya onun avtomobilinə zərər verdiklərini deyib. Məlumata görə, Abdulla bu yolla qadınlardan pul almaq istəyirmiş. Bir neçə belə hal barədə hüquq-mühafizə orqanlarına şikayətlər olub. Şikayətlər əsasında Abdulla Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, küçə söyüşləri söyərək, ictimai asayişi pozub. O, törətdiyi əməllərə