Logo

Ağcabədidə qəza-Yaralılar var

Ağcabədidə qəza-Yaralılar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağcabədi rayonunda minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Niva" markalı minik avtomobili sərnişin daşıyan "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə "Niva"nın sürücüsü, 1998-ci il təvəllüdlü İslam Tapdıq oğlu Quliyev və mikroavtobusda olan sərnişinlər — 1984-cü il təvəllüdlü Tural Məhərrəm oğlu Həsənov, 1979-cu il təvəllüdlü Həbib Rafail oğlu Vəliyev və 1983-cü il təvəllüdlü Elmir Aslan oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilən "Niva"nın sürücüsü İ.Quliyev Goranboy rayonunda yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR