Avtomobillər toqquşdu - Yaralanan var
Kateqoriya məlum deyil
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, şəhərin Əziz Əliyev küçəsində "Nissan" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.






