Logo

49 yaşlı kişi dəm qazından boğulub öldü

49 yaşlı kişi dəm qazından boğulub öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Vüqar Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb.

49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır./qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR