Bu ölkədə güclü zəlzələ oldu
Kateqoriya məlum deyil
İndoneziyanın Maluku əyalətindəki adalar yaxınlığında 6,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri Şərqi Timor bölgəsinin Los Palos şəhərindən 101 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 144 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib./Trend






