Bakı Şəhəri
49 yaşlı kişi dəm qazından boğulub öldü
Qazaxda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Vüqar Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb. 49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır./qafqazinfo
Hadisə21.11.2026 20:24
Bakıda ağır qəza: ölən var
Bakıda 62 yaşlı piyadanı avtomobil vuraraq öldürüb. Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Yolu qarşı tərəfə keçmək istəyərkən maşının vurduğu 1964-cü il təvəllüdlü Nuriyyə Abdullayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. ( Oxu.az)
Hadisə21.11.2026 19:37
Bakı metrosunda texniki xəta: Yubanma yarandı
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Sfera.az -a Bakı Metropolitenindən bildirlib. Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib. Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib. “Dərhal texniki
Cəmiyyət20.11.2026 19:30
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
Bakıda gənc oğlan bıçaqlanıb. Sfera.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Rövşən Əsgərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./oxu.az
Kriminal18.11.2026 23:08
Gülarəni öldürən qardaşı ilə bağlı yeni detallar
Bakıda ögey bacısını öldürməkdə təqsirləndirilən Ayxan Mehdiyev Azərbaycan İdman Akademiyasının tələbəsi olub. Sfera.az bildirir ki, Oxu.Az -ın əldə etdiyi məlumata görə, Ayxan Mehdiyev akademiyanın sağlamlıq və menecment fakültəsinin 2-ci kurs tələbəsidir. Məlumata görə, A.Mehdiyev hadisə günü səhər dərsdə olub. O, hadisəni dərsdən qayıdandan sonra törədib.
Kriminal18.11.2026 20:55
Bakıda kişi qazdan boğulub öldü
Bakıda kişi dəm qazından boğulub. Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaradağ rayonunda qeydə alınıb. Qubanın İkinci Nügədi kənd sakini 30 yaşlı Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib. Hadisənin başvermə səbəbləri araşdırılır./apa
Hadisə10.11.2026 19:48
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb. Sfera.az xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub. Qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
Kriminal21.10.2026 20:36
Bakının bu rayonlarının bir hissəsi işıqsız qalacaq
Sabah Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində təmir işləri aparılacaq.
Cəmiyyət20.10.2026 23:24
Bakıda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
Bakıda yeniyetmə oğlan bıçaqlanıb. Sfera.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır./ Oxu.az
Hadisə20.10.2026 21:32
Bu ərazilərdə yağış və şimşək gözlənilir - Proqnoz verildi
Oktyabrın 17-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 761
Cəmiyyət16.10.2026 18:55
Bakıda kişi sükan arxasında öldü
Bakıda kişi sükan arxasında ölüb. Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini 54 yaşlı Cavad Mikayıl oğlu Məmmədov idarə etdiyi “Lada” markalı avtomobilin sükanı arxasında ölüb. Onun infarktdan öldüyü bildirilir. Araşdırma aparılır.
Cəmiyyət29.09.2026 18:52
Temperatur düşür, havalar soyuyur - TARİX AÇIQLANDI
Sentyabrın son günlərində Bakıda havanın temperaturunun tədricən aşağı düşməsi gözlənilir. Sfera.az xəbər verir ki, Ajans.az -ın araşdırmasına görə, sentyabrın 29-da Bakıda gündüz temperaturu 26 dərəcə olacağı, daha sonra isə yağış yağacağı gözlənilir. Araşdırmaya əsasən, əsas sərinləşmə oktyabrın ilk günlərindən başlayacaq. Qarşıdakı günlərdə temperaturun 22 dərəcəyə düşəcəyi, oktyabrın ilk həftəsində isə daha da aşağı düşəcəyi gözlənilir. Hazırkı proqnoza əsasən oktyabrın ilk günləri Bakıda
Cəmiyyət28.09.2026 21:52
Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Cəmiyyət28.09.2026 20:46
Bakıda dəhşətli qətl törədilib
Bakıda arvadını öldürən kişi saxlanılıb. Sfera.az -ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində baş verib. 48 yaşlı Soltanova Mədinə Hüseynqulu qızı yaşadıqları evdə qətlə yetirilib. Onun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir. Faktla bağlı
Kriminal28.09.2026 18:26
Azərbaycanda beş dövlət şirkəti ləğv olunur
Azərbaycanda beş dövlət şirkəti ləğv olunur. Sfera.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir. Belə ki, "Sabirabad 8 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstə" MMC, "Tərtər Barama Müəssisəsi" MMC, "Daşkəsən Tikinti Müəssisəsi" MMC, "İsmayıllı Avtovağzalı" MMC, "Ucar 3 nömrəli Təmir Quraşdırma" MMC-lər ləğv olunduqlarını elan ediblər. Kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nizami rayonu,
İqtisadiyyat23.09.2026 18:49
Bakıda yeni park salınır
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Sfera.az xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu, Babək prospekti, 3 ünvanına qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri "Xezer-Construction" MMC-yə həvalə olunub. Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 milyon 229 min 641 manat
Cəmiyyət23.09.2026 18:24
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı
Bakıda marketlərdə toyuq filesi tapılmır. Sfera.az xəbər verir ki, bu fakt Oxu.Az -ın araşdırması zamanı ortaya çıxıb. Bir neçə məşhur marketlər şəbəkələrinə baxış keçirilsə də, file tapılmayıb. Soruşduqda isə market əməkdaşları "çoxdandır gətirilmir" cavabı veriblər. Lakin məlum olub ki, əvvəllər 6-7 manata çox rahatlıqla tapılan bu məhsulu indi əldə etmək üçün sırf toyuq məhsulları mağazalarına yollanmaq lazımdır. Sözügedən mağazalara baş çəkərkən maraqlı mənzərənin şahidi olduq. File satışı
Cəmiyyət22.09.2026 19:29
Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü
Bakıda kişi faciəli şəkildə ölüb. Sfera.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. 1986-cı il təvəllüdlü Dadaşov Abdulla Ağadadaş oğlu yaşadığı evdə aldığı yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Araşdırma aparılır. /lent.az
Hadisə21.09.2026 18:25
Bakıda kişi meyiti tapıldı
Bakıda kişi evində ölü halda tapılıb. Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. 68 yaşlı Ağayev Məzahim Xudayar oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Onun kəsici alətlə aldığı xəsarətlər nəticəsində qanitirmədən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır./lent.az
Kriminal18.09.2026 20:11
Bakının iki rayonunda qaz olmayacaq
Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində sentyabrın 10-da qaz təchizatı dayandırılacaq. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli, T. Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında
Cəmiyyət09.09.2026 21:01
Bakıda yolu keçən qadını maşın vurub öldürdü – Fotolar
Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki, Mərdəkan dairəsindən Buzovna qəsəbəsinə gedən yolda — Şağan qəsəbəsi ərazisində minik avtomobili yolu keçən qadını vurub. Nəticədə piyada həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Hadisə03.09.2026 20:05
Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit tapıldı
Bakıda dəmiryolu stansiyasının yaxınlığında naməlum kişi meyiti tapılıb. Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbədəki dəmiryolu stansiyasının yaxınlığında təxminən 50 yaşlarında kişiyə məxsus meyit aşkarlanıb. Məlumata görə, həmin şəxsin təxminən bir ay əvvəl öldüyü ehtimal edilir. Buna görə də meyitdə çürümə prosesi baş verib. Meyiti aşkarlayan şəxslər dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Faktla bağlı araşdırma
Kriminal21.08.2026 23:25
























