Kəmərli kəndində
49 yaşlı kişi dəm qazından boğulub öldü
Qazaxda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Vüqar Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb. 49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır./qafqazinfo
Hadisə21.11.2026 20:24

