rayon
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində "Müəllimlər binası" kimi tanınan binada qeydə alınıb. Xanbulan kənd sakini 34 yaşlı Allahşükür Ağazadə kirayə yaşadıqları mənzildə həyat yoldaşı 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Atanın anaya endirdiyi bıçaq zərbələrindən bir neçəsi ananın qucağında olan övladı 2023-cü il təvəllüdlü H.A.-ya da dəyib. Ağır xəsarət alan ana və azyaşlı
Kriminal13.10.2026 11:20
Bakıya intensiv yağış yağacaq - Proqnoz verildi
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-23° isti olacaq.
Cəmiyyət08.10.2026 18:21
Bakıda 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü
Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib. F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb. M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır./apa
Kriminal07.10.2026 12:38
Qaradağın icra başçısı kollektivə təqdim olundu
Prezident İlham Əliyevin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Əliyev sentyabrın 30-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Sfera.az xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. N.Əliyev ona göstərilən etimada görə minnətdarlıq
Siyasət30.09.2026 09:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurdu
Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb. Sfera.az xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf
Hadisə29.09.2026 22:01
Azər Mursaqulov idarə rəisini işdən çıxardı
Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov vəzifəsindən azad olunub. O, 2008-ci ildən həmin vəzifədə işləyirdi. Hələlik Zaqatala Rayon Statistika İdarəsinə yeni rəis təyin olunmayıb. Qeyd edək ki, bununla da DSK-nin rəis vəzifəsi boş olan rayon və şəhər idarələrinin sayı 12-yə çatıb.
Cəmiyyət29.09.2026 19:14
Abşeronda kənd təsərrüfatının inkişafı ilə bağlı işlər müzakirə olunub - Fotolar
Abşeron Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində rayonda görülən işlər, mövcud potensialın daha səmərəli istifadəsi, sahibkar və fermerlərin qarşılaşdıqları məsələlər və qarşıda duran hədəflərlə bağlı görüş keçirilib. Sfera.az xəbər verir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,
Cəmiyyət18.09.2026 21:26
Bakının bu ərazilərində qaz kəsiləcək
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma və “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah” magistral qaz kəmərindən aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra
Cəmiyyət17.09.2026 21:33
Bakının bu küçələri tam bağlanacaq
Aparılacaq təmir işləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib. Məlumata görə, 14 İyul küçəsi (Suraxanı rayonu) – 11 avqust 2026-cı il saat 09:00-dan; Sergey Yesenin küçəsi (Xəzər rayonu) – 11 avqust 2026-cı il saat 10:00-dan; Əbdülvahab Salamzadə küçəsi (Nəsimi rayonu) – 11 avqust 2026-cı il saat 18:00-dan etibarən
Cəmiyyət10.08.2026 23:25
İcra başçısının nümayəndəsi rəis təyin edildi
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə yeni təyinat olub. Sfera.az bildirir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə Abasov Ramil Tahir oğlu təyinat alıb. Qeyd edək ki, R.Abbasov bu təyinatadək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi nümayəndəsi vəzifəsində çalışıb./unikal
Cəmiyyət10.08.2026 17:29
Sabiq prokuror vəfat etdi - FOTO
Azərbaycan Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Musayev vəfat edib. Sfera.az xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışmış məmur yaşadığı evdə ürəktutması nəticəsində dünyasını dəyişib. 1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlayan F.Musayev Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala Rayon Prokurorluğunda isə prokuror müavini vəzifəsində çalışıb. O, sonrakı illərdə Sabirabad və Şamaxı rayonlarının prokuroru,
Cəmiyyət27.07.2026 12:51
Masallıda ağır qəza: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə axşam saatlarında Masallı–Yardımlı yolunda, Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev, idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən, Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər "Mercedes" markalı avtomobillə toqquşub. Toqquşmanın təsirindən Rusif Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq
Hadisə03.07.2026 09:00











