Gədəbəy qəzasında xəsarət alanların SON vəziyyəti

Gədəbəy qəzasında xəsarət alanların SON vəziyyəti
Kateqoriya məlum deyil
T

Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.


Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

"Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (kişi) 28.08.2026-cı il tarixində saat 20:20-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmətlər göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanaya təxliyə olunublar.


Zəruri tibbi xidmətlər göstərilən şəxslərdən dördünün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Hazırda bir nəfərin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", deyə qurumdan bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR