Bakıda yük maşını qəza törətdi, yol bağlandı
Kateqoriya məlum deyil
Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobili qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda polis əməkdaşları yük avtomobillərinin kənarlaşdırılması və hərəkətin bərpa olunması məqsədilə zəruri tədbirləri görür.






