Bu ölkədə helikopter qəzası - ölənlər var
Kateqoriya məlum deyil
Bosniya və Herseqovinada Avropa İttifaqının hərbi kontingentinə (EUFOR) məxsus helikopter qəzaya uğrayıb.
“Klix” portalının məlumatına görə, hadisə Brçko şəhəri yaxınlığında baş verib.
Sfera.az bildirir ki, qəza nəticəsində 3 nəfər həyatını itirib.
Bildirilib ki, hadisə zamanı mülki şəxslər xəsarət almayıb, infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazi mühasirəyə alınıb.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.// APA






