Bakıda minik maşını yük avtomobilə çırpıldı: ölən var
Kateqoriya məlum deyil
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Sfera.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi “Lada Granta” markalı avtomobillə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi “Man “ markalı yük avtomobilin yarımqoşqusuna dəyib. Sürücü B.Nəcəfzadə aldığı xəsarətlərdən Neyrocərahiyyə klinikasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb./lent.az






