Qaxda yol qəzasında azyaşlı ölüb, 4 nəfər xəsarət alıb

Kateqoriya məlum deyil
T
Qaxda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Niva"da olan azyaşlı sərnişin, Şamaxı rayon sakini S. Babazadə ölüb.
Onun ailə üzvləri - 46 yaşlı Ruslan Babayev, 42 yaşlı Əzizə Babayeva, onların 5 yaşlı övladı və "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli xəsarət alıblar.
Xəsarət alanlar Qax xəstəxanasına yerləşdirilib. /APA






