xəsarət
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar. Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə
Hadisə24.10.2026 15:44
Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. Sfera.az xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb. Nəticədə, 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır./oxu.az
Hadisə23.10.2026 19:50
Zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az bildirir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermiş qəza nəticəsində 2022-ci il təvəllüdlü S. Quliyev həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma
Hadisə20.10.2026 22:02
Üç avtomobil toqquşdu, xəsarət alanlar var
Mingəçevirdə üç avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, hadisə “Toyota”, "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü Əkbər Rzayev və "VAZ-21015" markalı avtomobilin sürücüsü Elşad Qəhrəmanov xəsarət alıblar.
Hadisə20.10.2026 18:58
Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var – FOTOLAR
Kəngərlidə ağır yol qəzası olub. Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan -Sədərək magistralının Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindən keçən hissəsində baş verib. 75-BX-715 dövlət nömrə nişanlı “Xəzər” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar – 2010-cu il təvəllüdlü H.Ələsgərli, 1998-ci il təvəllüdlü X.Rəsulov, 2009-cu il təvəllüdlü N.Əliyev, 2002-ci il təvəllüdlü V.Xəlilzadə və 2007-ci il təvəllüdlü Q.Tahirov Naxçıvan
Hadisə30.09.2026 20:00
Bakıda evdə partlayış: xəsarət alanlar var
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. Sfera.az xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Rəhimov Soltan Əflatun oğlu və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məmmədova Məhrəngiz Seymur qızı xəsarət alıblar. İlkin məlumata görə, partlayış evin mətbəxində baş verib. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə
Hadisə22.09.2026 07:48
Gəncədə iki avtomobil toqquşdu, xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./apa
Hadisə10.09.2026 22:32
Hüseyn XƏSARƏT ALDI: “Bu, bir musiqiçi üçün böyük zərbədir”
“Bir musiqiçi üçün barmağına nəsə olması ən böyük zərbədir”. Sfera.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu videopaylaşımında deyib. Ehtiyatsızlıq üzündən barmağından xəsarət alan sənətçi bunun bir musiqiçi üçün ağır zərbə olduğunu vurğulayıb: “Zəng edib maraqlanan hər kəsə təşəkkür edirəm. Barmağımla bağlı problemlər var idi, artıq düzəlir yavaş-yavaş. Bir musiqiçi üçün barmağına nəsə olması ən böyük zərbədir. Bir atalar misalı var e, yıxmadı bir dağ məni, yıxdı barmaq
Maraqlı18.08.2026 18:22
Bakıda bədbəxt hadisə: ölən var
Bakıda 65 yaşlı kişi daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb. Sfera.az xəbər verir ki, Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev daş karxanalarının birində iş görərkən ehtiyatsızlıqdan ölüb. İlkin məlumata görə, o mişardan aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.//report
Hadisə17.08.2026 01:40
Xocavənddə mina partlayışında xəsarət alanların SON DURUMU
Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Sfera.az bildirir ki, bu barədə TƏBİB-dən bildirilib. Onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə12.08.2026 21:43
Bəzi yerlərdə leysan yağış yağır - FAKTİKİ HAVA
Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 11:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Şahbuzda 11, Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərdə 3, Şərurda 2, Sabirabad, Altıağac, Qusar, Zaqatala, Xaltan (Quba), Culfa, Şuşa, Füzuli, Zəngilan, Gədəbəy, Qax, Kişçay (Şəki), Yevlax, Lerik, Cocuqmərcanlı,
Gündəm11.08.2026 12:26
Qaxda yol qəzasında azyaşlı ölüb, 4 nəfər xəsarət alıb
Qaxda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Niva"da olan azyaşlı sərnişin, Şamaxı rayon sakini S. Babazadə ölüb. Onun ailə üzvləri - 46 yaşlı Ruslan Babayev, 42 yaşlı Əzizə Babayeva, onların 5 yaşlı övladı və "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli xəsarət alıblar. Xəsarət alanlar Qax xəstəxanasına yerləşdirilib. /APA
Hadisə01.08.2026 15:51
Kürdəmirdə zəncirvari qəza - Xəsarət alanlar var
Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli rayonun Təklə kəndinin keçən hissəsində qeydə alınıb. Belə ki, “Daewoo” markalı avtomobil yol kənarında dayanmış “VAZ-2106” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər “VAZ-2106” markalı avtomobilə dəyib. Qəza nəticəsində avtomobillərdən biri aşıb. Nəticədə avtomobilin yaxınlığında dayanan rayon sakinləri 1992-ci il təvəllüdlü Kamran Məmmədov
Hadisə26.07.2026 12:13
“Miratorq” vuruldu - Medvedyev ailəsi gündəmə gəldi
Ukrayna ordusu Rusiyanın iri kommersiya və istehsal obyektlərinə hücumlarını davam etdirir. “Wildberries” anbarlarından sonra bu dəfə ölkənin ən böyük donuz və mal əti istehsalçısı “Miratorq” aqroholdinqinin müəssisələri zərbələrə məruz qalıb. Sfera.az xəbər verir ki, iyulun 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Klimovsk rayonunda “Miratorq”a məxsus bir neçə obyektə hücum edib. Şirkətin məlumatına görə, müəssisələrdən birində istehsal korpuslarına ciddi ziyan dəyib və
Dünya22.07.2026 21:54














