"Azərsilah"ın poliqonunda yanğın oldu

Kateqoriya məlum deyil
T
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
