Anar Mehdiyevdən xəbər var
Külli miqdarda mənimsəmədə təqsirləndirilən “Azərşəkər” MMC İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib.
Sfera.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin nümayəndəsi iştirakı etməyib. Hakim sənədlərin tədqiqi mərhələsinin başa çatdığını bildirərək məhkəmə istintaqının yekunlaşdığını elan edib.
Növbəti proses noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə istintaqa cəlb olunublar.
Anar Mehdiyev “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini 2024-cü ilə qədər icra edib.
Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.
Cinayət işi üzrə “Azərşəkər” MMC və “Dastan Agro” MMC zərərçəkmiş kimi tanınıblar.
Cinayət işi üzrə dəymiş ziyan ödənildiyi onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.Anar Mehdiyevdən xəbər var






