Qəhvə istehsalı artacaq
2025/26 mövsümündə qlobal qəhvə istehsalı illik müqayisədə 2,5% artaraq 178,68 milyon kisə rekord həcmə çatacaq. Sfera.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamentinin Xarici Kənd Təsərrüfatı Xidmətinin (FAS USDA) yeni hesabatında bildirilir. Qeyd edilib ki, qlobal "Arabica" məhsulu 1,7% azalaraq 97,02 milyon kisə, "Robusta" isə 7,9% artaraq 81,66 milyon kisəyə çatacaq. İstehsalın artması 2025/26 mövsümünün sonunadək qəhvə ehtiyatlarını əvvəlki marketinq