"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.

 

Araşdırmalar zamanı məlum olub ki, cinayəti mərhumun qayınatası Orucağa Ağayev törədib. O, həmçinin həyat yoldaşı Sevilə də bıçaqla xəsarət yetirib. Orucağa Ağayev saxlanılıb.

 

İlkin versiyaya əsasən, hadisənin "namus üstündə" baş verdiyi bildirilmişdi.

 

Sfera.az xəbər verir ki, Günel Ağabəylinin həyat yoldaşı Tayfun Ağabəyli Sonxeber.az-a müsahibəsində bildirib ki, atası öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb:

 

"Biz 2 il idi ailəli idik, çox da xoşbəxt həyatımız olub. Danışmaq çətin olsa da, bunu demək məcburiyyətindəyəm. Mənim atamla, əgər ona ata demək olarsa, biraz mübahisəmiz oldu. O, son bir ayda dəfələrlə mənə deyib ki, övladınız olmur, ayrıl. Bununla bağlı hadisə baş verməmişdən bir gün öncə də söhbətimiz oldu. Hadisə günü isə biz qayınatamgilə getmişdik, evə döndük, sonra mən yenidən evdən çıxdım 1 saatlıq. Geri döndükdə isə artıq hadisə baş vermişdi. Mediada yayılan "namus" söhbəti də yalandır. Mənim atam öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb. Mənim Günelimi tanıyan hər kəs bilir ki, o necə adamdır. Mən ondan çox razı idim, o mənim cənnət mələyimdir. Allah onun məkanın cənnət eləsin!"


OXŞAR XƏBƏRLƏR