Məşhur tiktoker sürücülərə təhlükə yaratdı - VİDEO

Məşhur tiktoker sürücülərə təhlükə yaratdı - VİDEO

“TikTok”da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nailə Nəcəfli yol hərəkəti qaydalarını ciddi şəkildə pozub. O, idarəetmə zamanı qeyri-ciddi davranışı ilə həm özü, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

 

Sfera.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri elə onun özü tərəfindən “TikTok”da paylaşılıb.

 

Kadrlarda görünür ki, N. Nəcəfli 77-YJ-102 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobili ilə paytaxtın mərkəzi küçələrindən biri olan Vaqif prospektində bir əli ilə sükanı saxlayır, digər əli ilə isə oyuncaq köpük tapançası vasitəsilə ətrafdakı sürücülərə “atəş açır”. O, maşının pəncərəsindən kənara çıxardığı tapança ilə köpükləri digər avtomobillərə tuşlayaraq sürücülərin diqqətini yayındırır. Bu anlarda nəinki sürücülərin diqqəti dağılır, həm də yol təhlükəsizliyi ciddi təhdid altına düşür.

 

Daha təhlükəlisi isə dönmə manevri etdikdən sonra baş verir. Belə ki, tiktoker digər əlini də sükan arxasından çəkərək avtomobilin pəncərəsini qapatmağa çalışır. Bu davranış nəinki yol hərəkəti qaydalarına, eyni zamanda elementar sürücülük məsuliyyətinə tamamilə ziddir.

 

Qanunvericiliyə əsasən, avtomobil idarəetməsi zamanı təhlükəli davranışlara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyır. Xüsusilə idarəetmə zamanı hər iki əlin sükan üzərində olmaması və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid edən hallarda cərimə və ya sürücülük hüququndan məhrumetmə tədbirləri tətbiq oluna bilər.

 

Qeyd edək ki, daha əvvəl də N.Nəcəflinin yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb.


OXŞAR XƏBƏRLƏR

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...

İlham Əliyev Suriya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.   ...

"Qəbələ"yə transfer olunacaq

2025/2026 mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" yeni transferini açıqlayıb.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbr veri...