Yaxşısı budur, şəhərin mərkəzinə doğru avtomobilsiz gedin
Bakının mərkəzi küçələrində nəqliyyatın sıxlığı və tıxaclar var. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a bildiriblər ki, iyunun 14-də səhər saatların etibarən paytaxtın Babək, Ziya Bünyadov, Azadlıq prospektlərində, eləcə də Rəşid Behbudov, Şah İsmayıl Xətai, Akademik Həsən Əliyev, Əbdüləzəl Dəmirçizadə, Üzeyir Hacıbəyov, Yusif Səfərov küçələrində, həmçinin bir sıra digər yollarda nəqliyyatın sıxlığı müşahidə olunur. Nəqliyyat vasitələrinin sürücülərinə alternativ