Logo

Bakının bu rayonlarına qaz verilişi dayandırılacaq

Bakının bu rayonlarına qaz verilişi dayandırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı şəhəri Binəqədi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Sfera.az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə yerləşən 630 mənzilli yaşayış binasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 10-da saat  09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələri ərazisində, Xətai rayonunun K. Kərimov və M. Davud küçələri ətrafında, kənd Əhmədli ərazisində və Həzi Aslanov yaşayış massivi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR