"İranın Azərbaycana qarşı daha məkrli təxribat ssenariləri var" - Erməni iddialarına “Şah Abbasın fərmanı” ilə dəstək...

"İranın ərazilərimizə qanunsuz yük daşınmasından daha təhlükəli və daha məkrli təxribat ssenariləri var”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O, bir neçə gün öncə İranın Ermənistandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Hüseyn Tabatabai və eyni ölkənin akademiyasının mədəni irsin araşdırılması institutunun prorektoru Mürtəza Rezvanfarinin Ermənistan milli arxivinin direktoru Qriqor Arşakyanla görüşünə diqqət çəkib:

"Tərəflər görüşdə tarixi və mədəni irsin qarşılıqlı olaraq tanınması, həmçinin arxiv məlumatlarının mübadiləsi, bununla bağlı əməkdaşlığın genişlənməsi və memarandumun imzalanması barədə razılığa gəliblər. İRİ təmsilçiləri görüşdə İranla bağlı erməni arxivlərində saxlanılan sənədlərlə yaxından tanış olmaq istədiklərini bildiriblər və Ermənistan tərəfi də öz arxivlərini açacaqlarını vəd ediblər. 

Ermənistan milli arxivinin direktoru Qriqor Arşakyan İran təmsilçilərinə ölkəsinin arxivlərində saxlanan bir sıra sənədlərlə bağlı məlumat verib və qeyd edib ki, bu sənədlərin arasında "Şah Abbasın 1607-ci ildə erməni məliklərinə Azərbaycanın Laçın, Qubadlı və Zəngilan rayonlarında iri torpaq sahələri ayırması ilə bağlı fərmanı” da var. Qriqor Arşakyan İran təmsilçilərinə həmin "fərman”la tanış olmağa imkan yaradacağını vəd edib və belə bir imkanı yaradıb da. Güman edirəm ki, belə bir görüşün hansı səbəblərdən keçirildiyi, Ermənistan milli arxivinin direktorunun dilindən səsləndirilən "Şah Abbasın fərmanı” ilə bağlı məqamlardan aydın oldu”.

E.Mirzəbəyli qeyd edib ki, erməni tərəfinin iddialarına görə, Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsi və "Laçın dəhlizi”nin keçdiyi ərazi sözügedən "fərman”la erməni məliklərinə verilibmiş:

"Tarixçi deyiləm və bu baxımdan düşünürəm ki, məsələnin tarixi tərəfinə aydınlıq gətirmək, Azərbaycan tarixçilərinin işidir. Siyasi şərhçi və araşdırmaçı kimi vəzifəm ölkəmizə qarşı planlaşdırılan təxribat ssenarilərini aşkarlamaq və ictimai rəyə təqdim etməkdən ibarətdir. Göründüyü kimi İranla Ermənistan Azərbaycana və qənaətimə görə, həm də Türkiyəyə qarşı "tarixi arxiv sənədləri” müstəvisindən birgə fəaliyyətə başlayacaq və beynəlxalq müstəvidə bu istiqamətdə səylərini birləşdirəcəklər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...