Logo

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvan Muxtar Respublikasının (MR) Bakı şəhərindəki Daimi Nümayəndəliyi ləğv edilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, Naxçıvan İqtisadiyyat Nazirliyi bu sənədə əsasən Bakı şəhərində Naxçıvan MR Daimi Nümayəndəliyinin (bundan sonra - Daimi Nümayəndəlik) ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində Nazirliyin, Naxçıvan MR Maliyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.

Qərar noyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR