Sadır Japarovdan dünya birliyinə ÇAĞIRIŞ

Sadır Japarovdan dünya birliyinə ÇAĞIRIŞ

Qırğızıstan Prezidenti Sadır Japarov iqlim böhranının kəskinləşməsi fonunda dünya birliyini əlaqələndirilmiş və yaxşı maliyyələşdirilən iqlim fəaliyyətinə çağırıb.

 

O, bunu Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.

 

S.Japarovun sözlərinə görə, yalnız koordinasiyalı iş Paris Sazişinin məqsədlərinə çatmağa kömək edəcək.

 

"İqlim məsələləri ilə bağlı bütün ölkələr kiminləsə ikitərəfli münasibətlərindən asılı olmayaraq səylərini birləşdirməlidir. Biz iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin erkən qəbulunu dəstəkləyirik, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə yardımın həcmini 2 trilyon ABŞ dollarına qədər artırmağa və bu maliyyə vəsaitinə asan çıxışı təmin etməyə çağırırıq", - o bildirib.

 

S.Japarov xatırladıb ki, Qırğızıstan xarici borcun davamlı və yaşıl inkişaf layihələrinə dəyişdirilməsi mexanizmi ilə bağlı təşəbbüs irəli sürüb. "Qırğızıstan bərpa olunan enerji sahəsində bir sıra layihələr həyata keçirir. Biz qonşu ölkələrlə birlikdə regionda ən böyük “Kambarata” SES-in tikintisi layihəsinə başlamışıq", - o qeyd edib.

 

Qırğızıstan lideri həmçinin buzlaqların intensiv əriməsi, səhralaşma və su ehtiyatlarının azalması fonunda su resurslarından səmərəli istifadənin vacibliyini vurğulayıb.

 

Onun sözlərinə görə, su ehtiyatlarının hər il azalması energetika, təhlükəsizlik, iqtisadiyyat və s. sahələrə mənfi təsir göstərir. (Report)


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...