“Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq” - Paşinyandan etiraflar+VİDEO

“Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq” - Paşinyandan etiraflar+VİDEO
Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb.

Sfera.az "BBC News Azərbaycanca”ya istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqlar geri qaytarılmalı idi:

"Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.

Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib:

"Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikilib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.

Görüş iştirakçılarından birinin "Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar” replikasına "bunu siz dediniz, mən yox” cavabını verib.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İran XİN-dən tranzit daşımalarla bağlı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub. XİN-ədən S...

“Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq” - Paşinyandan etiraflar+VİDEO

Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb. Sfera.az "BBC News Azərbaycanca”ya istinadən xəb...

Prezidentdən Ermənistana növbəti XƏBƏRDARLIQ

"Şəhidlərimizin anım günündə bir daha demək istəyirəm əgər biz görsək erməni faşizmi baş qaldırıb yeni təhlükə mənbəyi yaranırsa, heç tərəddüd etmədən erməni fa...

İlham Əliyev: “Polisə olan hörmət, dövlətə olan hörmətdir”

Sabiq deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrin icrası ilə əlaqədar zor tətbiq etməsi onu deputat mandatından məhrum etdi. Azadlıqdan...

"İnanmıram ki, Paşinyan belə bir əmr versin..." - Şuşa və Naxçıvana atəş göstərişini kim verib?

Xəbər verdiyimiz kimi, erməni silahlı qüvvələri Şuşa və Naxçıvan üzərindən hərbi birləşmələrimizi atəşə tutub. Erməni təxribatı nəticəsində bir hərbçimiz yara...

"Belə sərsəm ifadələr işlətməklə iki məsələdə bizə kömək edir" - Zatulinin Qarabağla bağlı açıqlamasına REAKSİYA

"Biz öz öhdəliklərimizdən boyun qaçırmağa və yayınmağa alışqan deyilik. Başqa sözlə, Rusiyanın bir neçə ildən sonra hər şeydən imtina edəcəyi qorxusu əsassızdır...