Ermənistan növbəti dəfə Qarabağ ermənilərinə badalaq vurur – Fərhad Məmmədov yazır

Ermənistan növbəti dəfə Qarabağ ermənilərinə badalaq vurur – Fərhad Məmmədov yazır

Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin nəticələri göz önündədir.


Azərbaycanın müharibədəki qələbəsi həm Ermənistan rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Azərbaycan ərazi bütövlüyü və 750 mindən çox məcburi köçkünün geri qaytarılması məsələsini həll etməklə yanaşı, yaxın gələcəkdə Qarabağ ermənilərinin reinteqrasiyası məsələsini də həll etməlidir. Azərbaycan ordusu, 10 Noyabr Bəyanatına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılacağı razılaşdırıldıqdan sonra hərbi əməliyyatları dayandırdı. Prinsipcə, Azərbaycan Prezidenti İlham Əliyev müharibə boyu bu barədə danışırdı. Yəni, Azərbaycan ordusunun əks-hücum əməliyyatlarının məqsədi Qarabağ ermənilərinin etnik təmizlənməsi deyil, işğalçı ordunun məğlubiyyətinin tanınması idi. Azərbaycan etnik təmizlənmənin nə demək olduğunu bir sıra dünya dövlətlərindən daha yaxşı anlayır.

 

Ermənistan tərəfinin başlatdığı Birinci Qarabağ Savaşı zamanı məhz yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Təcavüzkar ölkənin nəəvvəlki, nə də hazırkı rəhbərliyi, azərbaycanlıların hesabına ermənilər üçün yaşayış sahəsini genişləndirmək məqsədiləqəsdən etnik təmizləmə apardığını heç vaxt gizlətməyib. Tərəflər arasında gedən uzunmüddətli danışıqlar dönəmində Azərbaycanın ən yüksək səviyyədə elan etdiyi hədəflər ermənilərin qovulması deyil,ərazi bütövlüyünün bərpası və azərbaycanlıların işğal olunmuş ərazilərə qaytarılması idi.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə həll edildi. Əgər sözügedən məsələ sülh danışıqları nəticəsində həll edilsə idi, o zaman münaqişənin həllinin bütün aspektləri müvafiq razılaşmada göstəriləcəkdi: cədvəllərlə, cəmiyyətləri hazırlamaq üçün qarşılıqlı etimadmühitinin yaradılması və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün müəyyən olunan dəqiq müddətlə birgə.Amma tarix qeyri-müəyyənliyi sevmir. Münaqişə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə Bəyanatında təsbit edilmiş Azərbaycanın hərbi qələbəsi ilə sona çatdı. Prinsipial məsələlər sənəddə öz həllini tapdı, taktiki detallar isə gündəmdə qalır və təcili rejimdə həll olunur. Cəmiyyətin sülhməramlıların xəritələrindəki dəyişikliklərə və ya sərhədlərdəkidüzəlişlərə həssas münasibəti bununla izah edilə bilər.

 

Ermənistanla nə haqda danışmalı?


Məğlubiyyət şokundan sonra, müharibənin mənasının məhz işğal olunmuş ərazilərə status verilməsinin mümkünsüzlüyündə olduğunu anlamayan erməni tərəfi Dağlıq Qarabağın statusu məsələsini danışıqların gündəliyinə çıxarmağa çalışır. Aktiv döyüş əməliyyatları dövründə Azərbaycan Prezidenti ermənilərlə azərbaycanlıların Azərbaycanın tərkibinə daxil olan Qarabağda dinc yanaşı yaşamasına, birlikdə yaşamasına inandığını dəfələrlə bəyan edib. Bunun üçün xüsusi bir statusa ehtiyacınız yoxdur. Əgər məsələ artıq müharibəyə qədər gəlib çatdısa, statusla bağlı heç bir sual ola bilməz.

 

Bir də axı inzibati cəhətdən mövcud olmayan Dağlıq Qarabağa necə muxtariyyət verilə bilər? Keçmiş DQMV-nin tərkibində heç bir ərazi qalmayıb, 1991-ci ildən bəri bu, Azərbaycan Respublikasının tərkibində olanüç adi inzibati rayondur. Hazırda ermənilərin yaşadığı ərazilər rus sülhməramlılarının Azərbaycan ərazisindəki məsuliyyət zonasıdır.

 

Ermənistanla Qarabağ ermənilərinin gələcəyinə dair müzakirələr aparmaq da mənasız və məntiqə ziddir. Erməni silahlı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etdiyi üçün 27 sentyabra qədər Ermənistan münaqişə tərəfi idi. Müharibədəki məğlubiyyətdən və Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsindən sonra isə bu ölkənin danışıqlarda iştirakı üçün heç bir əsas yoxdur.

 

Əsassız öhdəliklərin bədəli


Bütün bu illər ərzində Qarabağ erməniləri ermənilərin döyüşçü ideologiyasının girovu olublar. "Ermənistan – "Artsax" – Diaspora” üçlüyü yerli əhalinin zehnini zəhərləyib, cəzasızlıq xülyası yaradıb və onureallıqdan qoparıb. Azərbaycan ərazilərini istila edən,silahlı qüvvələrini Qarabağda yerləşdirən Ermənistan özünü təhlükəsizliyin təminatçısı kimi təqdim edirdi və Ermənistan Respublikasının dövlət büdcəsinə köçürülən maddi vəsait hesabına işğalçı rejimi maliyyələşdirirdi.

 

Amma müharibə nəticəsində işğal olunmuş ərazilərin Ermənistan üçün çörək səbəti olduğu ortaya çıxdı - 100 min tondan çox buğda ölkədəki çörək ehtiyacının 25%-ni ödəyirdi. Azərbaycan -Ermənistan sərhədindəki zod yatağı, Ermənistanın miqyasına görə ikinci və dördüncü vergi ödəyicisi idi, 5000-dən çox Ermənistan vətəndaşını işlə təmin edirdi. Hazırda Azərbaycan tərəfindən azad edilən işğal olunmuş ərazilərdə, Ermənistan tərəfindən meşələr kəsilirdi, "təhlükəsizliyin qarantı" olan ölkəyə tərəvəz və meyvə daşınırdı. Yəni, Qarabağın Ermənistana verdiyi xeyrin bu ölkənin büdcəsindən yardım şəklində faizsiz borc olaraq aldığından qat-qat artıq olduğu meydana çıxdı.

 

İşğal etdiyi ərazilərin sərvətlərini amansızlıqla istismar edən Ermənistan isə Qarabağ erməniləri qarşısında götürdüyü təhlükəsizlik və iqtisadi inkişaf sahəsindəki öhdəliklərini yerinə yetirə bilmədi. Bütün bu illər ərzində Ermənistanın və diasporun diplomatik fəaliyyəti qondarma dövlətin müstəqilliyini tanımaq üçün yetərli olmadı. Nəticədə, Ermənistanın hazırkı liderinin yüngülsaqqallığı və diasporun səbatsızlığı səbəbindən müharibə acılarını, sonrakı dəhşətləri və çətinlikləri yaşayan məhz Qarabağ erməniləri oldu.

 

Ermənistan Qarabağ ermənilərinə Ermənistan vətəndaşı pasportu verməklə hüquqi baxımdan onlarabadalaq vurmuş oldu. Beləliklə, əslində vətəndaşı olduqları ölkənin ərazisinə qayıdan Qarabağ erməniləri nə qaçqın, nə də başqa bir dövlətin ərazisindən köçmək məcburiyyətində qaldıqları üçün məcburi köçkün statusu ala bilərlər.

 

Qarabağdakı ermənilərin sayı yaxın gələcəkdə dəqiqləşdirililməli olannövbəti vacib məsələdir. 1989-cu ildə, SSRİ əhalisinin siyahıya alınmasına görə, DQM-də 145 min erməni yaşayırdı. Obyektivliyinə inanmaq çətin olan rəsmi məlumatlara görə, 2015-ci ildə Qarabağdakı ermənilərin sayı yenidən 145 min nəfər arasında idi. Nəzərə alsaq ki, rəsmi məlumatlara görə, Ermənistanın özündə 1989-cu ilə nisbətən əhalinin sayı yarım milyon azalıb (red. əslində is bu rəqəm daha böyükdür), Qarabağda əhalinin azalmadığını söyləmək ən azından məntiqsizdir. Yəni, hətta rəsmi məlumatlara görə belə, 25 il ərzində ermənilərin sayı dəyişməyib. Ermənistanın təhlükəsizlik zəmanətlərinə, Ermənistandan və diaspordan gələn maliyyə dəstəyinə baxmayaraq, Qarabağda da əhalinin azalması müşahidə olunur. İşğal olunmuş ərazilərin boşaldılmasının qarşısını almaq üçün Ermənistan hökuməti Yaxın Şərqdən köç edən erməniləri sözügedən ərazilərə yerləşdirmək məcburiyyətində qalıb.

 

Hazırda Qarabağ ermənilərinin vəziyyəti heç dəyaxşı deyil. Təhlükəsizliyə zəmanət verən bölgəyə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarıdır, iqtisadi məsələlərin həlli Rusiya hökumətinin köməyindən və Ermənistandan gələn yardımlardan asılıdır. Bu arada, Ermənistan hökuməti "Hayastan” ümumerməni fondunun Qarabağ erməniləri üçün nəzərdə tutulan 105 milyon dollarını mənimsəməklə, Qarabağ ermənilərinə növbəti dəfə badalaq vurmuş oldu.

 

Rusiyanın ərazilərin bərpasındakı rolu şişirdilməməlidir. Binalardakı dəliklərə yamaq vurmaqla dəlik probleminiv kökündən həll etmək mümkün deyil, bu yolla sadəcə gündəlik problemləri yoluna qoymaq olar. Rusiya sülhməramlılarının məsuliyyət zonasını saxlamağın maliyyə yükünü dərk edən Rusiya prezidenti dəfələrlə beynəlxalq ictimaiyyəti müharibədən sonrakı Qarabağın bərpası üçün maliyyəvəsaiti ayırmağa çağırıb. Koronavirus pandemiyası dövründə bütün dövlətlər, o cümlədən də Rusiya maliyyə çətinlikləri yaşayır. Corc BaydeninAğ Evə gəlişi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə əlamətdar olacaq, bu isə yaxın gələcəkdə onsuz da o qədər də geniş maliyyə imkanlarına malik olmayan Rusiyanı daha da çətin vəziyyətə salacaq.

 

Qarabağ Ermənistan üçün çəkilməz bir yükdür


Əgər Qarabağ məsələsi iqtidara yalnız daxili siyasi xarakterli gündəmlə gələn Paşinyanın yüksək reytinqini aşağı salmağı bacardısa,demək, münaqişənin 30 illik tarixinə rəğmən, Qarabağ mövzusu hələ də Ermənistanın daxili siyasi danışıqlarında əsas mövzu olaraq qalır. Paşinyanın əleyhinə keçirilən mitinqlərdə etirazçı sayının azlığı Ermənistan ermənilərinin Qarabağ mövzusundan bezdiyini göstərir. Mifoloji ideologiya üçün çox böyük bədəl ödəmək lazım gəlir. Ermənistan dövlətçiliyinin gələcəyi risk altındadır. Kəskin siyasi və iqtisadi böhran, mənəvi və psixoloji vəziyyətin çökməsi və dövlət qurumlarına tam inamsızlıq şəraitində keçmiş dəyər paradiqmalarından istifadə edərək vəziyyətdən çıxış yolu tapmaq qeyri-real görünür.


Ermənistanla Qarabağın təbii və obyektiv maraqları bir-birindən fərqlənir. Ermənistan Qarabağ erməniləri qarşısındakı öhdəliklərini yerinə yetirə bilmədi, heç gələcəkdə də bunu bacarmayacaq. Çünki bu ölkəni daha böyük resurs, ən başlıcası isə insan resursu itkisi ilə üz-üzə qoyacaq. Ermənistan bir dövlət olaraq Rusiya öhdəliklərinin çətirindən və KTMT-nin məsuliyyət zonasından istifadə edərək öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Azərbaycan yalnız ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla dövlətlərarası münasibətləri, yəni diplomatik münasibətlərin qurulmasını, Naçxıvana nəqliyyat dəhlizlərindən istifadə etməklə iqtisadi əlaqələrin başlanmasını və Ermənistanın Avrasiya İqtisadi ittifaqı tərəfdaşları ilə təmasları üçün şimalda sərhədlərin açılmasını müzakirə edə bilər.

 

"Qəriblər arasında doğma, doğmalar arasında qərib"


Qarabağ erməniləri özlərini "qəriblər arasında doğma, doğmalar arasında qərib "kimi hiss edir. Azərbaycan ən yüksək səviyyədə Qarabağ ermənilərinə vətəndaşlıq verməyə və müharibənin ağrılı nəticələrinə baxmayaraq, onların Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması prosesinə başlamağa hazır olduğunu bildirdi. Növbəti beş il ərzində Qarabağ ermənilərinin təhlükəsizlik qarantı Rusiya olacaq. Bununla yanaşı, çox guman ki, beynəlxalq ictimaiyyət

Azərbaycanın tərkibindəki Qarabağda yaşayan ermənilərin həyatına xüsusi diqqət ayıracaq. Qarabağ erməniləri, əvvəlki illərin təcrübəsini nəzərə alaraq, anlamalıdırlar ki, Ermənistan hökumətinindən və diaspordan gələn yardımlar daimi deyil, Azərbaycandakı sabit həyat isə inkişaf və tərəqqiyə uzunmüddətli zəmanət verir. Qarabağ erməniləri nəhayət boz bölgənin deyil, beynəlxalq səviyyədə tanınmış bir dövlətin vətəndaşı olmalıdırlar. Erməni diasporunun nümayəndələrinə çevrilmək Qarabağ ermənilərindən müəyyən bir zaman alacaq, amma bu qaçılmazdır. Ermənilərlə azərbaycanlıların Azərbaycan Respublikası daxilində dinc yanaşı yaşamasının alternativi yoxdur.

 

Mənbə: 1 News.az

Tərcümə: Selcan

Sfera.az

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 6...

Prezident: "Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var"

Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var.   Sfera.az xəbər verir ki, bu sözləri Azə...

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...