İstanbulun 50 günlük su ehtiyatı qalıb
Türkiyənin ən sıx məskunlaşmaya sahib İstanbul şəhərini su ilə təmin edən anbarlarında suyun səviyyəsi 18%-ə düşüb. Sfera.az xəbər verir ki, bu müddət ərzində yağıntı olmasa, bu həcm cəmi 50 gün üçün kifayət edəcək. Məlumatı İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsi verib. Qeyd edək ki, 18,07% - 156,9 milyon kubmetrdir. Aprel ayında rezervuar ehtiyatları 48,5% təşkil edib və o vaxtdan bəri davamlı olaraq azalmaqdadır. 16 milyondan çox insanın yaşadığı şəhər hər gün 3,1 milyon kubmetr su