Dünyanın ən böyük yanaqlı qadını səhhətindəki problemlərdən danışıb - FOTOLAR
“Dünyanın ən böyük yanaqlarının” sahibi kimi tanınan ukraynalı model Anastasiya Pokreşçuk sonsuzluq problemlərindən danışıb.
Sfera.az bildirir ki, Anastasiya Pokreşçuk müxtəlif səbəblərə görə uşaq dünyaya gətirə bilmədiyini etiraf edib. Eyni zamanda, o xəstəliyinin dolğulara olan həvəsi ilə bağlı olub-olmadığını dəqiqləşdirməyib.
Yanaq sümüklərinin hazırkı forması naminə Anastasiya o qədər çox iynə vurub ki, sayı-hesabı itirib. O, hazırda sonsuzluqla mübarizə aparır.
Anastasiya xəstəxanadan rentgen şüalarını göstərən görüntüləri paylaşıb. Ona çox güman ki, kist diaqnozu qoyulub.
Anastasiya onu da qeyd edib ki, kist çıxarıldıqdan sonra o, həmçinin anormal hüceyrə artımına səbəb olan və xərçəngin ilkin mərhələsi hesab edilən displaziyanı aradan qaldırmaq üçün əməliyyat keçirəcək.
Qız səhhətindəki problemlərin gözəllik inyeksiyalarına aludəçiliyi ilə bağlı olub-olmadığını qeyd etməyib. O sadəcə, “müxtəlif səbəblərdən” uşaq dünyaya gətirə bilmədiyini deməklə kifayətlənib.
Xatırladaq ki, 34 yaşlı Anastasiya Pokreşçuk son əməliyyatı haqqında danışdıqdan sonra bəzi pərəstişkarları bunun anormal dərəcədə olmasından narahatlıqlarını dilə gətiriblər.
Öz növbəsində, dünyanın ən böyük dodaqlı qadını kimi tanınan Bolqarıstanlı Andrea İvanova sevgili tapa bilmədiyindən şikayətlənir. O qeyd edib ki, ətrafında onu başa düşəcək və utanmayacaq, hər halı ilə qəbul edəcək bir insan olmalıdır.
Aynil
Sfera.az