Türkiyə Mərkəzi Bankı 2023-cü il üçün inflyasiya proqnozunu pisləşdirdi

Türkiyə Mərkəzi Bankı 2023-cü il üçün inflyasiya proqnozunu pisləşdirdi
Kateqoriya məlum deyil
T

Türkiyə Mərkəzi Bankı 2023-cü ilin sonu üçün inflyasiya proqnozuna düzəliş edərək 65%-ə qaldırıb.
 

Bu barədə tənzimləyicinin rəhbəri Hafize Gaye Erkan açıqlama verib.
 

Onun sözlərinə görə, Mərkəzi Bank əvvəllər inflyasiyanı 58% proqnozlaşdırmışdı. Dəyişiklik son aylarda inflyasiyanın gözləntiləri üstələməsi ilə əlaqədardır.
 

Bununla belə, Erkan qeyd edib ki, pul siyasətinin sərtləşdirilməsinin təsiri getdikcə özünü göstərir. O, inflyasiyanın azaldılması prosesinin 2024-cü ilin ikinci yarısında başlayacağını gözləyir.
 

Türkiyə Mərkəzi Bankı 2024-cü il üçün inflyasiyanı 36%, 2025-ci il üçün 14% səviyyəsində proqnozlaşdırır. 2023-cü il üçün proqnozlar diapazonu 62-68%, 2024-cü il üçün 30-42% təşkil edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR